Rusiyalı jurnalistlər Ukraynadan qovulacaq - FOTO

30 Yanvar 2015 16:37 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Şurasının rəsmisi Markiyan Lubkibski özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, həmin jurnalist xanımlar yaxın 5 il ərzində Ukraynaya buraxılmayacaqlar.

"Bu xanımların jurnalist peşəsinə heç bir aidiyyatı yoxdur. Onların məqsədi Ukraynanın milli maraqlarına və təhlükəsizliyinə zərbə vurmaqdır", - deyə Markiyan Lubkibski bildirib.

Qeyd edək ki, "LifeNews" telekanalının jurnalisti Yelizaveta Xramçova və həmin kanalın operatoru Natalya Kalışeva Kiyevdə Ukrayna Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən saxlanılıb.