Qırğızıstan səfiri etimadnaməsinin surətini təqdim etdi - FOTO

30 Yanvar 2015 17:08 (UTC+04:00)


Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə A.Buranov etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir A.Buranova diplomatik fəaliyyətində uğurlar arzulayıb.