Silahı olanlar narkoloji testdən keçiriləcək- Rusiyada

30 Yanvar 2015 18:59 (UTC+04:00)
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Dövlət Dumasının ikinci oxunuşda qəbul etdiyi qanun layihəsində deyilir.

Qanun peşə fəaliyyəti ilə əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqəsi olan şəxsləri əhatə edir. Bu kateqoriyaya hərbçilər, polislər, mühafizəçilər və özəl xəfiyyələr daxildir.

İşləri avtomobil, su, hava, dəmir yolu nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsi və təşkili ilə bağlı olan vətəndaşlar da narkoloji testdən keçməli olacaqlar.

İşə qəbul olunarkən də mövcud prosedurdan keçmək icbari olacaq və bu, hər il təkrar olunmalıdır.