Pakistanda partlayış- 61 nəfər öldü

30 Yanvar 2015 19:21 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir.

France Press agentliyinin məlumatına görə, partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə bağlı "Candullah" qruplaşması öz üzərinə götürüb.