Bakıda ev partladı

30 Yanvar 2015 21:00 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Mənzildə yaşayanlar evakuasiya edilib. Kənar şəxslərin daxil olması qadağan edilib. "Azəriqaz"-ın əməkdaşları qaz təchizatını dayandırıblar.

Sakinlərin sözlərinə görə, hadisə mənzillərin birində qaz sızması nəticəsində baş verib. Ilkin məlumata əsasən, bir nəfər yüngül xəsarət alıb.