Gədəbəydə köşk yandı

30 Yanvar 2015 22:29 (UTC+04:00)



AzNews.az FHN-ə istinadən xəbər verir ki, Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan taxta konstruksiyalardan ibarət köşkün tavanı 8 kv.m sahədə yanıb.

Yanğından köşkün qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.