Paris terrorçusu haqda yeni xəbər – O, etdiklərini videoya çəkib

31 Yanvar 2015 08:53 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Fransanın "LExpress" nəşrinin jurnalisti Erik Pelletye yayıb.

Bu məlumatı ABŞ kəşfiyyatının əməkdaşları təsdiq edib. CNN telekanalı informasiya verib ki, çəkilən videonu Kulibali email adresi ilə kiməsə göndərib. Ancaq videonun konkret hansı şəxsə göndərildiyi haqda bilgi verilmir.

Kulibali eyni zamanda noutbukla internetə də daxil olmaq istəyib, ancaq onun bu cəhdi baş tutmayıb. Hətta, o, deyilənə görə girovlardan birinə deyib ki, supermarketdə olan kompüterlrədən birini açsın və ona internetə girməyə kömək etsin.


Qeyd edək ki, Parisdəki həmin olay zamanı mağazada olan 3 nəfər terrorçu tərəfindən qətlə yetirilib.

Kulibali "Charlie Hebdo" satirik jurnalına silahlı hücumu təşkil edən 3 nəfərin yaxın silahdaşı olub.