Yevlaxda ağır qol qəzası – Yaralı var

31 Yanvar 2015 10:00 (UTC+04:00)


AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.


Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.