Şakira yeni doğulan körpəsinə rus adı verdi - Saşa

31 Yanvar 2015 10:15 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 37 yaşlı müğənninin saytında övladı barədə yazı yerləşdirilib: "Şakira Mebarak və Jerar Pikenin oğlu Saşanın dünyaya gəlməsi xəbərini çatdırmaqda məmnunuq. Oğlan yanvarın 29-da saat 21:54-də Barselonada doğulub. Adı Saşadır. Bu adın yunan və rus kökləri var. O "bəşəriyyətin müdafiəçisi" və "döyüşçü" mənalarını ifadə edir. Klinikadan ana və körpəsinin tamamilə sağlam olduqlarının təsdiqləyiblər".

Nəvəsinin dünyaya gəlməsi barədə Jerarın atası Amador Bernoba da danışıb: "Onu Saşa adlandırdılar. Rus dilində o Alensand adının qısalmışıdır. Mənə dedilər ki, o Jerara oxşayır. Milan dünyaya gələndə daha çox Şakiraya oxşayırdı".

Aydan Axundova
AzNews.az