“Əsir düşərgəsi“ Milan səhnəsində: “Xocalıdakı qırmızı mələk“

25 Fevral 2015 13:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa Lent.az saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu "Əsir düşərgəsi" layihəsi əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi Lent.az-ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır.

Tamaşada Milan teatrının aktyor heyəti rol alıb.

Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

Premyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.

(Lent.az)