Sabah İstanbulda “Gözüyaşlı Xocalım“ sərgisi başlayacaq

25 Fevral 2015 16:43 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, fevralın 26-da İstanbulun Milli Saraylar Muzeyində Xocalı faciəsinə diqqəti cəlb etmək üçün "Gözüyaşlı Xocalım" adlı anım sərgisi təşkil olunacaq.

26-28 fevral tarixləri arasında baş tutacaq sərgidə müasir incəsənətin tanınmış nümayəndələrindən hesab olunan azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə, eləcə də əfqan rəssam Reza Hazarenin əsərləri sərgilənəcək.


Sözügedən rəssamların əl işləri "YARAT" Müasir İncəsənət Məkanının dəstəyi ilə sərgiyə təqdim edilib.

Qeyd edək ki, sərginin açılışında dünyaca məşhur italiyalı tenor Alessandro Safina da çıxış edəcək. Safino Behzat Gerçekerin rəhbərliyi altında ENBE orkestrinin müşayiətində Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i səsləndirəcək.

"Gözüyaşlı Xocalım" sərgisinin açılışına Türkiyə və Azərbaycandan olan siyasətçilər, mədəniyyət xadimləri dəvət olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az