Xocalı barədə daha bir sənədli film - VİDEO

26 Fevral 2015 16:28 (UTC+04:00)

1992-ci il 26 fevraldan uç gün sonra, yəni oraya yol açılan kimi Namiq Şirəlibəyov və İzzət Əzizovla viran olmuş Xocalıya tələsən Nadejda İsmayılovanın "Xocalı xatirələri " filmində çox maraqlı həqiqətlər, yeni faktlar açılır. İndiyə qədər televiziya ekranlarında görünməyən bu film tam bir Xocalı və Ağdam gündəliyidir: hər saniyəsində, dəqiqəsində dəhşət, vəhşilik və insanlığa sığmayan erməni vandalizminin kadrları.

Filmin o zamankı operatoru İzzət Əzizov , rejissoru isə 30 yaşlı rejissor Namik Şirəlibəyov idi. Bu gün də filmin rejissoru Namik Şirəlibəyovdur. Yaşının üstünə 23 il gəlib. Bu filmə baxın... Peşiman olmazsınız.