Nemtsovun evində axtarış - Putinlə bağlı şok sənəd yayacaqmış

28 Fevral 2015 12:15 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.

Axtarış zamanı Nemtsovun "Malaya Ordınka" küçəsində yerləşən mənzilində sənədlər və sərt disk götürülüb.

Qeyd edək ki, Rusiyanın digər müxalifətçisi İlya Yaşın bir müddət öncə deyib ki, Boris Nemtsov Putinin Donbas müharibəsini maliyyələşdirdiyi haqda faktlar toplayıb: "Nemtsov, həmçinin Donbasa göndərilən yaraqlılar və hərbi texnika haqda məlumatı da dərc etmək fikrində olub".