Ermənistanda mitinq- VİDEO

1 Mart 2015 19:00 (UTC+04:00)


Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, mitinq 7 il əvvəl baş vermiş kütləvi iğtişaşlar zamanı həlak olan 8 müxalifətçi və iki hərbi qulluqçunun xatirəsinə həsr olunub.

Mitinqə erməni müxalifətçi, keçmiş prezident Levon Ter-Petrosyan rəhbərlik edir. Erməni Milli Konqresinin katibi Aram Manukyan çıxışı zamanı indiki hakimiyyəti ölkəni avtoritar rejimə çevirməkdə ittiham edib: "7 il əvvəl bu gün Ermənistan hakimiyyəti səhər əliyalın xalqa hücum etdi və iki gün Ermənistanda talanlar davam etdi. 10 nəfər öldü, 150 nəfər yaralandı və bundan sonra ölkə avtoritar idarəçiliyə çevrildi. Faciəvi hadisələrin təşkilatçıları indiyə kimi cəzalandırılmayıb".