Bakıda daha bir yol təmirdən sonra açıldı

1 Mart 2015 21:30 (UTC+04:00)


APA-nın mәlumatına görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri başa çatıb.

Tuneldә alkapon örtüyü yenilәnib, yonma işlәri aparılıb, asfalt örtüyünün sıradan çıxmış hissәlәri tәzәlәnib.

Qeyd edәk ki, fevralın 28-i sәhәr saatlarından Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitәlәrinin hәrәkәti tam mәhdudlaşdırılmışdı.