Dağıstanda polisləri atəşə tutdular – 1 ölü

2 Mart 2015 09:25 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Hadisə səhər 5.30 radələrində Hamamyurt kəndi yaxınlığında baş verib. Naməlum şəxs Yol Polis Xidmətinin avtomobilinə atəş açıb. Nəticədə cavab atəşilə hücum edən şəxs öldürülüb.

Polislər arasında zərər çəkən olmayıb.