Ağaxan Abdullayev “ölümündən” danışdı: “Allah onların cəzasını versin”

2 Mart 2015 10:22 (UTC+04:00)


Yalandan yayılan bu xəbər Xalq artistinin özü və yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

AzNews.az-a açıqlamasında Ağaxan Abdullayev səhhətində heç bir problem olmadığını bildirib: "Allaha çox şükürlər olsun ki, mən çox yaxşıyam. Ölüm xəbərini isə kimin yaydığını bilmirəm".

A.Abdullayev əlavə edib ki, insanların hissləri ilə oynamaq düzgün deyil: "Allah belə insanların cəzasını versin. Diri adamı öldürürlər. Bunu cılız insanlar edib. Ağıllı, ziyalı adamlar belə iş görməz".

Xatırladaq ki, tanınmış muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbəri "İnterpress.az" saytı yayıb. Məlumatda qeyd edilib ki, xanəndə guya xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Bahar RÜSTƏMLİ
AzNews.az