“ABŞ Ukraynaya hərbi silah verməyə razıdır” – Saakaşvili

2 Mart 2015 12:39 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı Ukrayna prezidenti Petro Poroşenkonun müşaviri Mixail Saakaşviliyə istinadən yayıb.

"Ukraynaya silah verilməsi məsələsi demək olar ki, 99 faiz həll edilib. 100 faizlik nəticənin isə nə vaxt əldə ediləcəyini bilmirəm. Ancaq məlumdur ki, Ukrayna çətin durumdadır", - deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, Mixail Saakaşvili Ukrayna prezidentinin müşaviri vəzifəsinə fevral ayının 18-də təyin edilib. O, tarixi vətəni Gürcüstanda prezident işlədiyi dövrdə öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.