Kasparov Nemtsovun qətlindən danışdı - VİDEO

2 Mart 2015 13:07 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, o, bu qətl faktından sonra Rusiyaya getməkdən qorxduğunu gizlətməyib və fikrini belə izah edib: "Mən heç vaxt təkcə gediş üçün bilet almıram".

Harri Kasparov müsahibəsində Rusiyanın daxilində baş verə biləcək dəyişikliklərə artıq inanmadığını bildirib: "Bu dəyişiklik yalnız xalqın ayağa qalxmasından sonra baş verə bilər".

Şahmatçı Boris Nemtsovun qətlində Rusiya rəhbərliyini günahlandırıb: "Bu, Rusiyada müxalifətlə məşğul olanlara bir siqnaldır. Ölkədə müxalifətin manevr etməsi üçün ərazi çox kiçikdir. Bu halda müxalifətçi heç vaxt öz siyasi strategiyasını həyata keçirə bilməz. İkincisi də əgər səni öldürürlərsə, hansı strategiyadan söz açmaq olar?".

Qeyd edək ki, Boris Nemtsovun dəfn mərasimi Moskva şəhərində martın 3-nə təyin edilib.