Metrodan yeniliklər

2 Mart 2015 13:13 (UTC+04:00)


Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, istismar tələblərinə uyğun olaraq, metropolitendə vaqonların əsaslı təmiri aparılır. Məlumata görə, ölkədə elektrik qatarlarının əsaslı təmiri üçün uyğun müəssisə olmadığından bu tədbirlər yalnız ölkə xaricində yerinə yetirilir.

İqtisadi cəhətdən daha səmərəli olduğundan qatarlar Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialında modernləşdirilir.


Vaqonların üzərində ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının emblemi əks olunub.

Yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. Eyni zamanda qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib.