Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

2 Mart 2015 13:23 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, martın 2-dən 6-dək Latina şəhərində (İtaliya) maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu, martın 2-dən 13-dək Ankara şəhərində (Türkiyə) silahlı münaqişə hüququ kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.