Nemtsovun qatili haqda informasiya verənə - 3 milyon rubl

2 Mart 2015 14:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.

DİN, həmçinin Boris Nemtsovun qatili haqda informasiya verən şəxsə 3 milyon rubl verəcəyini deyib.

Qatilin fotosu Boris Nemtsovun 23 yaşlı ukraynalı sevgilisi Anna Duriçkayanın iqtintaqa verdiyi açıqlamasından sonra hazırlanıb.


Saçları qısa və qara olan qatilin boyunun 170-175 sm olduğu bildirilir. O, göy rəngli cins, qəhvəyi rəngli sviter geyinibmiş.

Qatilinin sifət quruluşunu Viktor M. adlı şahid də yadda saxlayıb.

Qeyd edək ki, iddia edilən qatil Şimali Osetiyaya məxsus olan dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşıb. Avtomobilin markasıın VAZ-21102 olduğu deyilir.