“İŞİD-lə mübarizə 3-cü dünya müharibəsidir” – İordaniya Kralı
2 Mart 2015 15:50 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
"İD-lə mübarizəyə istər müsəlmanlar, istərsə də xristianlar cəlb edilib. Hamı bu cinayətkarlığa qarşı birləşib. Əhatə dairəsinə və cəlb edilən ölkələrin sayına görə, bu müharibə 3-cü dünya müharibəsinə bənzəyir",- deyə İordaniya kralı bildirib.
Qeyd edək ki, İD İraq və Suriyada çox saylı yaşayış məskənlərini ələ keçirib, xeyli insanı tutub və edam edib.
İD-in mövqelərinə qarşı koalisiya qüvvələri daim avia zərbələr endirirlər.
İordaniya da bu zərbələrdə aktiv iştirak edib.
Xatırladaq ki, İD tutduğu İordaniyalı pilotu diri-diri yandırıb.