Tanınmış teleaparıcı qətlə yetirildi

2 Mart 2015 16:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Hadisə paytaxt Daşkənddə baş verib. Özbəkistanın əməkdar artisti naməlum şəxslər tərəfindən öldürülüb.

Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.


Hüquq-mühafizə orqanları da jurnalistin hansı şəraitdə öldürüldüyü barədə heç bir məlumat vermir.

Qeyd edək ki, 61 yaşlı Raxmatilla Mirzəyev xəbərlərin və bayram proqramlarının əsas aparıcısı sayılırdı.