Yunanıstan Türkiyəni hədələdi

2 Mart 2015 19:16 (UTC+04:00)

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan tərəfi 2 mart tarixindən 31 dekabra qədər Türkiyənin Egey dənizi üzərində keçirəcəyi hərbi manevrlərə qarşı olduğunu bildirib. Paytaxt Ankaradan verilən açıqlamada Türkiyənin hava sahəsindəki hərbi manevrlərinin Egey dənizi üzərində keçirəcəyi açıqlanıb. Yunanıstan isə keçiriləcək hərbi uçuşların Egey dənizinin böyük bir sahəsini əhatə edəcəyinə görə bu əməliyyatlara etiraz edib.

Onlar bu manevrlərin Yunanıstanın hava sahəsindəki iki beynəlxalq uçuş rotasını əhatə edəcəyini iddia edib. Yunanıstan Xarici işlər Nazirliyinin sözçüsü bu məsələ ilə əlaqədar NATO, BMT, Avropa Birliyi və Beynəlxalq Vətəndaş Aviasiya Təşkilatına müraciət ünvanlayacağını bildirib.