Evdə tiryək saxlayan tutuldu

2 Mart 2015 20:02 (UTC+04:00)


Keçirilən əməliyyat zamanı şəhər sakini, əvvəllər məhkum olunan Səyavuş Babayevin yaşadığı evdən 1,89 qram heroin, 10,64 qram tiryək və 54 ədəd şpris aşkar edilərək götürülüb. Orada olan şəhər sakini Fariz Şiriyev və Fuad Cəfərov da saxlanılıb.

S.Babayevin evdə tiryəkxana təşkil etməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.