Boris Nemtsovun qatillərinin maşını tapıldı

2 Mart 2015 21:24 (UTC+04:00)


APA-nın məlumatına görə, bu barədə REN TV telekanalı xəbər yayıb.

Məlum olub ki, avtomobil Moskva ətrafı rayonların birində qeydiyyatdadır. Avtomobil "Chevrolet Lanos"-un Ukrayna versiyası olan "ZAZ Chance" modelidir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin qadın sahibini dindiriblər. O, avtomobili çoxdandır ki, satdığını bildirib.

İlkin ehtimala görə, Boris Nemtsovu qətlə yetirənlər əslən Rusiyanın Qafqaz regionundan olublar.