Bakıda avtomobil piyadanı öldürdü

3 Mart 2015 09:53 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb.

Yolu keçən Ağdam rayon sakini Əvəz İsmayılov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.


Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.