Nemtsovun sevgilisi Duritskaya Moskvadan getdi

3 Mart 2015 10:17 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi Ukraynanın Daxili İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebiynisə istinadən yayıb.

"Ukraynanın Moskvadakı səfirliyi Annanın öz vətəninə qayıtması üçün bütün işləri görüb", - deyə Yevgeni Perebiynis bildirib.

Annanı təyyarədə onun vəkili Vadim Proxorov müşayiət edib.

Ukraynalı model dünən bəyan edib ki, onu mühafizəçilər heç yerə buraxmırlar.

Qeyd edək ki, bu gün Boris Nemtsovun Moskva şəhərində dəfn mərasimi keçiriləcək. Anna bu mərasimdə iştirakdan imtina edib.