Azərbaycanlı biznesmen beynəlxalq axtarışa verildi

3 Mart 2015 11:32 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Gəncə şəhər sakini, 53 yaşlı İsa Hüseynov böyük miqyasda dələduzluq əməli törətməkdə təqsirləndirilir.

Rusiya ərazisini tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, İ. Hüseynov Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş.