Nemtsovun vida mərasimi keçirilir - CANLI YAYIM

3 Mart 2015 11:47 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, mərasimə Saxarov mərkəzində start verilib.

Vida mərasimindən sonra Boris Nemtsov Troekurovsk qəbristanlığında torpağa tapşırılacaq.

Boris Nemtsovla vidalaşmaq üçün mərasimə onun yaxınları, dostları və həmfikirləri qatılıb.

İnsanlar əllərində gül tutaraq aramsız olaraq Saxarov mərkəzinə gəlirlər.


Qeyd edək ki, vida mərasiminə Baş nazirin müavini Arkadi Dvorkoviç gəlib. O, vida mərasimi keçirilən zala daxil olub.

Mərasimdə, həmçinin Baş nazirin mətbuat xidmətinin rəhbəri Natalya Timakova, "Exo Moskvı" radio stansiyasının baş redaktoru Aleksey Venediktov və digər rəsmilər iştirak edir.