Zakir Həsənov yaponiyalı səfiri qəbul etdi

3 Mart 2015 13:42 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini söyləyib.

Nazir bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.