Azərbaycanlıların filmi Genuya Festivalında

3 Mart 2015 15:39 (UTC+04:00)


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, film Festivalın "Sənədli filmlər" kateqoriyasında müsabiqə proqramında nümayiş olunacaq.

"Cina və Nuru" İkinci Dünya Müharibəsində İtaliyada partizanlıq edən azərbaycanlı Nurunun və italyan Cinanın nakam sevgi əhvalatından bəhs edir. Nuru ilə Bakıya gəlmək istəyən Cina İtaliyada qalır, Nuru isə Sibirə sürgün olunur. Onlar bir-birinin varlığından ömürlərinin axırına qədər xəbər tutmurlar.

Sənədli filmin ssenari müəllifi Səbuhi Məmmədli, rejissoru Nihad İsadır. Film Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə İtaliyanın İnvisibile Film kino şirkətində hazırlanıb.