Dünyanın ən varlı adamları - SİYAHI

3 Mart 2015 15:54 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "rosbalt" saytı yayıb.

Məlumatda deyilir ki, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts 79.2 milyard dollarla yenə liderliyini qoruya bilib.

2-ci yerdə isə 2014-cü ildə olduğu kimi Meksika telekommunikasiya maqnatı hesab edilən Karlos Slim qərarlaşıb. Onun varidatının 77.1 milyard dollar olduğu deyilir.

3-cü yer isə 72.7 milyard dollarla investor Uorren Baffetə qismət olub.


"Inditex" şirkətinin sahibi (Zara, Massimo Dutti və başqa brendlər) Amansio Orteqa 64.5 milyardla 4-cü, "Oracle" şirkətinin rəhbəri Larri Ellison isə 54.3 milyard dollarla 5-ci yeru tutub.

Ən varlı adamlar siyahısına ümumilikdə 1826 milyarder salınıb. Onların ümumi varidatı cəmi 7.05 trilyondur. Bu isə ötən ildəkinə nisbətən 600 milyard dollar çoxdur.
Reytinq cədvəlində 197 qadının da adı var. Dünyanın ən varlı qadını isə 41.7 milyard dollarla Kristi Uolton olub.