Gənc jurnalistlər üçün “Qış Məktəbi”

3 Mart 2015 17:31 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, layihə çərçivəsində nəzərdə tutulan 3 günlük "Qış Məktəbi" təlimlərinin mart ayının 13, 14 və 15-də, Quba rayonunda keçirilməsi nəzərdə tutulur.

"Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi" təlimlərində Azərbaycanın bir sıra tanınmış jurnalistlərinin ekspert qismundə iştirakı planlaşdırılır.

Qeydə edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur.

"Qış Məktəbi" təlimlərində iştirak etmək istəyən gənc jurnalistlərə öz CV-lərini mart ayının 8-dək "Azəri Gənclər Alyansı" İctimai Birliyinin azeriyouthalliance@gmail.com internet ünvanına göndərmələri töfsiyyə olunur.