Sürücülərə şad xəbər- Bu yol istifadəyə verildi

3 Mart 2015 18:38 (UTC+04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, paytaxtın Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri artıq başa çatib.

Onun sözlərinə görə, sözügedən hissədə frezlənmə işləri aparılıb, mərmər səki daşları düzülüb, yolun asfalt-beton örtüyü yenilənib.