Bakıda İŞİD-çilərin məhkəməsi başladı

3 Mart 2015 19:20 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, istintaq materiallarında göstərilir ki, müttəhimlər Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonradan Suriyaya keçiblər. Burada İŞİD-ə qoşulub, döyüşlərdə iştirak ediblər. Onlar 2013-cü ilin avqustunda İran ərazisinə qanunsuz keçərkən saxlanılıb, 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək qayıtmayıblar.

Müttəhimlər ittiham üzrə özlərinin təqsirli saymadıqlarını bildiriblər. Məhkəmə prosesi martın 6-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Suriyada və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu açıqlayıb.