Bitişik əkizləri ayırdılar- FOTOLAR

3 Mart 2015 20:49 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, körpələr bağırsaqları, sidik sistemiləri və çanaq sümükləri bitişik olaraq doğulublar. Anadan olandan bir müddət sonra uşaqları cərrahiyyə əməliyyatı edərək ayırıblar. Həkimlər 9 saat davam edən əməliyyatın uğurlu keçdiyini, uşaqların vəziyyətlərinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da da buna bənzər hadisə baş vermişdi. Belə ki, sinə və qarın hissəsindən bitişik doğulan siyam əkizləri 26 saat davam edən əməliyyat nəticəsində ayrılıblar.