“Eurovision”da daha bir ilk- Əqli qüsurlular da yarışacaq

3 Mart 2015 21:54 (UTC+04:00)


"Qafqazinfo"nun məlumatına görə, musiqi yarışmasında otizmli və down sindromundan əziyyət çəkən 4 nəfərlik punk qurpu- "PKN" çıxış edəcək. Qrup üzvləri səhnədə 1,5 dəqiqəlik Aina Mun Pitaa ( Hər zaman məcbursan) adlı mahnı səsləndirəcəklər. "PKN" punk qurpunun solisti Kari Aalto mətbuat konfransında çıxış edib:

"Bizə acıdığınız üçün səs verməməyinizi xahiş edirəm. Bİz fərqli insanlar deyilik. Sadəcə olaraq ağıllı əqli qüsurlularıq. Əqli qüsurlu insanların daha cəsur olmaqlarını istərdim".

Qeyd edək ki, Finlandiya "Eurovision-2006"da Lordi qrupunun "Hard Rock Hallelujah" mahnısı ilə qalib olmuşdu.