Fransada 500 yaşı olan kütləvi məzarlıq tapıldı - FOTOLAR

3 Mart 2015 21:57 (UTC+04:00)



AzNews.az xəbər verir ki, 8 otaqda 200 skeleti tapan şəxslər ölülərin 15 və ya 17-ci əsrlər arasında qum içinə basdırıldığını söyləyib.

Araşdırmalar nəticəsində bəlli olub ki, insanlar öldükdən sonra yüz kvadrat metr ərazidə kütləvi halda və səliqə ilə basdırılıb.

Qazıntı işlərini aparan Milli Arxeoloji Tədqiqatlar İnstitutu ("İnrap") tərəfindən verilən açıqlamada deyilir ki, skeletlərin yerləşdiyi yer orta əsrlərdə fəaliyyət göstərən Trinit Xəstəxanasının qəbiristanlığı ola bilər.

Bu xəstəxananın 12-ci əsrdə qurulduğu və 17-ci əsrin sonunda dağıdıldığı bildirilir.
"İnrap"dan verilən məlumata görə, skeletlərin 150-si bir otaqda tapılıb. Bu da ölülərin təcili basdırıldığından xəbər verir.