Dollar kəskin ucuzlaşdı- Rusiyada

3 Mart 2015 22:20 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, dolların kursu 66 qəpik azalaraq 61,70 rubla qədər enib.

Avronun kursu demək olar ki, 70 qəpik düşüb 69,15 rubl olub.

Qeyd edək ki, Rusiya milli valyutası olan rubl bir ay ərzində rekord dərəcədə bahalaşıb. Rusiyalı iqtisadçı ekspertlərin sözlərinə görə, bu ilin fevral ayında dollar və avronun məzənnəsi 7,3 və 9,47 rubl ucuzlaşıb. Dolların rubl qarşısında bir ay ərzində bu dərəcə ucuzlaşması heç vaxt müşahidə edilməyib.

Dünya bazarlarında neftin ucuzlaşması və Ukrayna ətrafında gərginliyin azalması fonunda investorlar rubl aktivlərini sürətlə almağa başlayıblar. Buna görə də rubl milli valyutası ucuzlaşan ölkələr arasında bahalaşmaya görə liderlik edir.