İntihar edən türk əsgərinin son mesajı: “Günahkaram” (FOTOLAR)

3 Mart 2015 22:36 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.
21 yaşlı Abdulla Səməd Çaku özünü asaraq intihar edib. Hazırda Abdullanın Ordu bölgəsinin Fatsa rayonunda yaşayan ailəsi onun cənazəsini gözləyir. Səməd Çakunun Fatih məhəlləsinin Savaş küçəsində yerləşən evlərində bir türk bayrağı asılıb.

Çakunun sosial mediada yazdığı son məktub isə diqqəti cəlb edib.
O, intihardan əvvəl paylaşdığı mesajında bu sözləri yazıb:
"Haradan bilərdim ki yolun sonunun qaranlıqlara çıxdığını. Haradan bilərdim ki, boğazıma qədər palçığa girəcəyimi. Haradan bilərdim ki, o yoldan bir daha geri dönüş olmadığını. Deyin mənə, xahiş edirəm, kim həyatının ən səmərəli və gözəl illərində ölmək istəyər? Həm də özünü öldürmək cinayətini edər? Günahkaram, çünki açgözəm. Bəli, açgözlülük nəticəsində həyatımı özümə qaytara bilmədim. Bəli, özümü öldürmək qərarına gəldim. Qərarım isə qətidir. Günahım edamdır. Bağışlayın məni. Bu dünyanın yükü ağır gəldi".

Abdulla Səməd Çakunun cənazəsi sabah Fatsa Orta Böyük məscidində qılınacaq cənazə namazından sonra torpağa veriləcək.