Nobel sülh mükafatına 276 nəfərin namizədliyi irəli sürüldü
3 Mart 2015 22:50 (UTC+04:00)
APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nobel mükafatı komitəsinin saytında dərc edilmiş məlumatda bildirilir.
Namizədlərdən 49-u təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir.
Komitədən bildirilib ki, Nobel sülh mükafatı tarixində bu qeydə alınmış ikinci ən böyük siyahıdır. Sülh mükafatına rekord sayda - 278 nəfərin namizədliyi 2014-cü ildə irəli sürülmüşdü.
Xatırladaq ki, ötən il Nobel sülh mükafatına pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və hindistanlı uşaq hüquq müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.