Ata oğluna ölüm arzuladı - SƏBƏB (FOTOLAR)

3 Mart 2015 23:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Telegraph" qəzeti yayıb.

Qəzet yazır ki, 2013-cü ildə Böyük Britaniya vətəndaşı olan Məhəmməd Emvazi Türkiyədən atası Yassem Emvaziyə zəng edərək Suriyada cihadçılara qoşulmaq üçün ondan icazə istəyib.

Atası isə cavabında Məhəmmədi söyüb və ona ölüm arzulayıb: "İnanıram ki, sən Suriyaya çatanadək öləcəksən".

Məhəmməd isə sağ-salamat Suriyaya gedib və İD-in tərkibində "Cihadi Con" ləqəbilə cəllad adını qazanıb.