Rusiyada sosial əhəmiyyətli malların qiyməti 2 ay müddətinə donduruldu

3 Mart 2015 23:46 (UTC+04:00)


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalovun sədrliyi ilə keçirilmiş antiböhran komissiyasının iclasına dair press relizdə deyilir.


Bundan əvvəl ölkənin ən iri ticarət şəbəkələri müəyyən sayda malların qiymətini 2 ay müddətinə dondurulduğunu elan ediblər. Bu təşəbbüs həmçinin Rusiyanın ən iri aptek şəbəkələri tərəfindən də dəstəklənib. Apteklər, öz növbəsində, ağır və xroniki xəstəliklərin müalicəsi üçün, həmçinin, əhalinin aztəminatlı təbəqəsinin daha çox ehtiyac duyduğu həyati əhəmiyyətli dərman preparatlarının qiymətlərinin dondurulduğunu bildiriblər.