Hindistanda mal əti yemək rəsmən qadağan olundu

3 Mart 2015 23:56 (UTC+04:00)


Xarici KİV-də verilən xəbərə görə, bu qanunu pozanları beş ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Hindistan əhalisinin əsas hissəsi inəkləri müqəddəs heyvan sayan induizm dininə sitayiş edir. Lakin mal ətini yeməyə qoyulan qadağa qanun deyil, dini ehkamdır. Bu səbəbdən də Hindistanın bəzi ştatları iri buynuzlu heyvanı kəsməyi qadağan edərək mal əti satışını kəskin azaldıblar.

Maxaraştra ştatı isə mal ətinin satışını, qida kimi istifadəsini və hətta inəyə sahib olmağı qadağan etməklə daha radikal addım atıb. Son seçkilərin nəticəsinə əsasən Maxaraştrada hakimiyyətə gələn milliyyətçi "Hindistan xalq partiyası" bu qanunu ölkənin bütün ştatlarında tətbiq etmək niyyətindədir.

Son zamanlar Hindistanda mal ətindən istifadə xeyli azalsa da, onun xaricə ixracı artıb. Hazırda ixracdan əldə edilən gəlir ildə 5 milyard dollara çatıb.

Yeri gəlmişkən, Azərbaycan da Hindistandan mal əti idxal edən ölkələr sırasındadır. Azərbaycanın rəsmi qurumlarının verdiyi məlumata görə, Hindistanıdan ölkəmizə gətirilən mal əti əsasən kolbasa və sosiska istehsalında, dönərxanalarda istifadə olunur.

Modern.az