“Anne annem”in daha bir - İmza günü

4 Mart 2015 11:34 (UTC+04:00)


Tədbir martın 7-si, həftənin şənbə günü saat 15-00-dan 19-00-dək davam edəcək. İmza mərasimi Park Bulvarın birinci mərtəbəsindəki "Əli və Nino" kitab mağazasında baş tutacaq.

Maraq üçün bildirək ki, "Anne annem" Elbrus Ərudun jurnalist kimi yazdığı köşə yazıları və kiçik hekayələr toplusundan ibarətdir.

Qeyd edək ki, kitabın qiyməti 5 manatdır, "Anne annem"i bütün kitab mağazalarından əldə edə bilərsiniz. Maraqlananlar tədbirə dəvətlidir.