Bakıda gömrük işçisi güllələndi – Baş Gömrük İdarəsinə basqın

4 Mart 2015 13:24 (UTC+04:00)

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-i saat 22 radələrində baş verib.

Naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın edib.

O, Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər prokurorluğuna verilib.

Əldə edilən məlumata görə, həmin binada Bakı Baş Gömrük İdarəsi yerləşir.