Ermənistan əhalisi azalır - 1 milyondan çox insan...

4 Mart 2015 16:18 (UTC+04:00)

Gedənlərin çoxu da sonradan ölkəyə qayıtmır. Bu qəbildən olan insanların sayı son 5-6 ildə kəskin artıb".

AzNews.az Ermənistanın "Novosti Armeniya" agentliyinə istinadən xəbər verir ki, bu sözləri erməni demoqraf Ruben Yeqanyan deyib.

Onun sözlərinə görə, qərb ölkələrinə axının sürəti yalnız müəyyən viza qadağaları və Rusiyadakı mövcud vəziyyətə görə azala bilər.

Miqrasiyanın Ermənistana təsirini şərh edən Yeqanyan 1990-2000-ci illərdə 1 milyondan çox insanın öz ölkəsini tərk etdiyini, buna görə də demoqrafik azalmanın qeydə alındığını vurğulayıb.

"Ölkə əhalisi azalmağa doğru gedir. Amma miqrasiyanın təsiri bununla yekunlaşmır. Gedənlər arasında əsasən yetkin yaşda olanlar və kişilər üstünlük təşkil edir. Bu da Ermənistanda əhalinin sayının get-gedə azalmasına səbəb olur", - deyə demoqraf əlavə edib.

Nigar
AzNews.az