3 yaşlı uşaq yaşyarımlıq qardaşını güllələdi

4 Mart 2015 18:23 (UTC+04:00)

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, faciəvi hadisə Hillsboro şəhərində baş verib. Zərərçəkmiş uşaq xəstəxanaya çatdırılıb.

Polislər uşağın 6,35 mm kalibrli avtomat tapançadan atəş açdığını bildiriblər.

Uşağın silahı haradan tapdığı hələ məlum deyil.